Çin "Şençjou-17" adlı pilotlu kosmik gəmini kosmosa göndərib

Göyərtəsində üç taikonavt olan Çinin "Şençjou-17" kosmik gəmisinin buraxılışı uğurlu olub.

Aznews.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının İnsanlı Kosmosa Uçuş Proqramı Ofisinin verdiyi məlumatda qeyd edilib.

Qeyd edilir ki, buraxılış yerli vaxtla saat 11:14-də Çinin şimalındakı Cyuquan kosmodromundan həyata keçirilib. Gəmi orbitə dəyişdirilmiş ikipilləli daşıyıcı daşıyıcı CZ-2F/G ("Changzheng-2-ef/ji") vasitəsilə çıxarılıb.

Kosmik gəminin orbitə buraxılmasından 6,5 saat sonra Çin kosmik stansiyasına yaxınlaşması gözlənilir. Orada onları "Şençjou 16" ekipajının üzvləri qarşılayacaqlar.

Mövsüm