Arxeoloqlar Polşada Neandertal məskəninin izlərini tapıblar

Polşa arxeoloqları Polşanın şimalında Neandertal məskəninin izlərini və qədim heyvanların sümüklərini aşkar ediblər.

Bu barədə "RMF 24" radiosu məlumat yayıb.

Arxeoloqlar Cənnət mağarasında tədqiqat aparıb.

Arxeoloji qrupun rəhbəri, Varşava Universitetindən Malgorzata Kot, "Biz Neandertalların varlığının izlərini, həmçinin mağara aslanının sümüklərini, mamont və şimal maralı buynuzlarını tapa bildik" ,-deyə qeyd edib.

Mövsüm

Aznews.az