Aİ TikTok ilə bağlı rəsmi araşdırmaya başlayıb

Avropa İttifaqı (Aİ) Komissiyası “TikTok” sosial media platformasının Rəqəmsal Xidmətlər Qanununun (DSA) qaydalarını pozduğunu müəyyən etmək üçün rəsmi araşdırmaya başlayıb.

Aİ Komissiyasının verdiyi açıqlamaya görə, TikTok-un “uşaqların müdafiəsi, şəffaf reklam, tədqiqatçılar üçün məlumatların əldə edilməsi və platformanın asılılıq yaradan dizaynı və zərərli məzmun riskləri” ilə bağlı DSA qaydalarını pozub-pozmadığı qiymətləndiriləcək.

Rəsmi araşdırma TikTok-un 2023-cü ilin sentyabrında Komissiyaya təqdim etdiyi hesabata və məlumat sorğularına verilən cavablardan sonra aparılan ilkin araşdırmadan sonra başlayıb.

Açıqlamada, həyata keçirilən digər tədbirlərin, xüsusən də TikTok-un yetkinlik yaşına çatmayanların uyğun olmayan məzmuna daxil olmasının qarşısını almaq üçün istifadə etdiyi yaş yoxlama sisteminin "kafi, uyğun və təsirli olmadığı" şübhəsinin olduğu vurğulanıb.

Mövsüm

Aznews.az