- Maraq dairəsi
- 10:45
- 672
Yaddaşı 40 dəqiqəyə yaxşılaşdırmağın yolu tapılıb
42 dəqiqə davamlı orta-intensiv məşq hərəkətləri “operativ hafizənin” işini əhəmiyyətli dərəcədə sürətləndirir və informasiya emalının sürətini artırır.
Aznews.az xarici KİV-ə istinadən xəbər verir ki, belə bir nəticəyə Pardyu Universitetinin alimləri gəlib.
Araşdırmanın nəticələri “Psychophysiology” jurnalında dərc olunub. Eksperimentdə 18-50 yaşlarında 121 sağlam yetkin insan iştirak edib. İştirakçılar kortəbii şəkildə iki qrupa bölünüblər: birinci qrup güc məşqi (sinə jimi, çəkidə dartınma, biseps, ayaq jimi, trenajor üzərində qol və ayaq açmaları) üzrə 65–75 faiz maksimal çəkidə 10 təkrardan 2 yanaşma yerinə yetirib, ikinci qrup isə sadəcə oturaraq məşqlərin videoyazısına tamaşa edib.
Güc məşqindən sonra iştirakçılar həm reaksiya ləngidilməsi, həm də işçi yaddaş üzrə tapşırıqları daha sürətli yerinə yetiriblər və cavabların dəqiqliyində azalma olmayıb. Beyin səviyyəsində bu, P3 komponentinin latentliyinin azalması ilə müşahidə olunub — bu neyroelektrik marker kognitiv emal sürətinin göstəricisidir: yəni beyin məşqdən əvvəlki vəziyyətlə müqayisədə tapşırığa daha tez uyğunlaşıb.
Fizioloji dəyişikliklər də nəzərə çarpacaq dərəcədə olub: məşqdən dərhal sonra qanda laktat səviyyəsi və sistolik təzyiq əhəmiyyətli dərəcədə yüksəlib. Təhlil göstərib ki, məhz sistolik təzyiqin qısamüddətli yüksəlişi kognitiv testlərdə reaksiyaların sürətlənməsini qismən izah edir.