- Maraq dairəsi
- 19:19
- 737
Rusiyada Roblox bloklanıb
Dünyada məşhur olan Roblox oyun platforması qlobal müzakirə mövzusudur.
Roblox Rusiyada terrorizm və LGBT problemləri ilə bağlı təbliğat apardığına görə bloklanıb.
Rusiya İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Agentliyi (Roskomnadzor) tərəfindən edilən yazılı açıqlamada, Roblox-da bu gün yaşanan giriş problemləri ilə bağlı qiymətləndirmələr aparılıb.
Rusiyada Roblox-a girişin bloklandığına diqqət çəkən açıqlamada, "Roblox oyununda ekstremizm, terror aktları və LGBT mövzuları ilə bağlı təbliğat var" deyilir .
Açıqlamada oyunun çoxlu sayda uyğunsuz məzmunun olduğu və uşaqların zaman-zaman cinsi təcavüzə məruz qaldığı vurğulanıb.
Roblox istifadəçilərinin 20 faizi 9 yaşından kiçik olsa da, istifadəçilərin əksəriyyəti 16 yaşdan kiçikdir.
Mövsüm,
AzNews.az