Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək. Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək.

Dövlət sərhədində növbəti monitorinq

Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 29-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfdən isə şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru, Oqnyen Yoviç və Martin Şuster aparacaqlar.

© AzNews.az