66 uşağa qarşı ailə üzvü tərəfindən zorakılıq tətbiq edilib. 66 uşağa qarşı ailə üzvü tərəfindən zorakılıq tətbiq edilib.

Ermənistanda azyaşlılara qarşı cinayət hadisələri artıb

66 uşağa qarşı ailə üzvü tərəfindən zorakılıq tətbiq edilib.

2018-ci ildə Ermənistanda azyaşlılara qarşı zorlama, oğurlama və qətl kimi cinayət hadisələri artıb.

Ötən il uşaqlara qarşı 317 cinayət işi qeydə alınıb. 2017-ci ildə bu göstərici 265 olub.

Qeyd olunur ki, ötən il 41 döymə, 11 zorlama, 16 seksual xarakterli zorakılıq hərəkətləri, 10 oğurluq, 9 ölümlə hədələmə və digər cinayət halları qeydə alınıb.

Məhkəmə araşdırmaları nəticəsində 305 uşaq zərərçəkmiş hesab olunub ki, onlardan 157-i 12 yaşadək uşaqlar olub.

66 uşağa qarşı ailə üzvü tərəfindən zorakılıq tətbiq edilib. Ümumilikdə 73 nəfər barəsində cinayət işi məhkəmələrə yollanıb. (trend)

AzNews.az