“Azərbaycan ordusu nəinki Paşinyanı, onun nəslini də...” - Deputat

"İran bizə heç zaman dost, qardaş ölkə olmayıb".

İran 1988-ci ildən bu günə qədər Qarabağ məsələsində Ermənistanın dünyada ən yaxın 2-3 dostundan biri olub.

Bunu millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, İran müsəlman dövləti olsa da, Ermənistanı ən çətin günlərdə ərzaq, enerji və digər bütün vasitələrlə təmin edib. “Ancaq Ermənistan bir müsəlman ölkəsinin işğal etdiyi ərazilərdə İslamın müqəddəs dəyərlərini, məscidlərini məhv etdilər, müsəlman körpəsini, yaşlıları, qadınları amansızca qətlə yetirdilər. İran bunun müqabilində ortaya konkret mövqe qoymaq əvəzinə, düşmənə hərtərəfli dəstək verdi”,- deyə millət vəkili vurğulayıb.

E.Məmmədov əlavə edib ki, ona görə də Paşinyan onlara arxayın olub İranda ağzına gələni danışır:
“Əgər bu belə olmasaydı, Paşinyan orada belə qələt edib sərsəm bəyanatlar verməzdi. Paşinyan İranın molla rejiminin dəstəyinə arxalanaraq bunu edib. Odur ki, biz bundan nəticə çıxarmalıyıq. İran bizə heç zaman dost, qardaş ölkə olmayıb. Verilən bəyanatlar ancaq boğazdan yuxarı olan sözlərdir. İran sadəcə bizim qonşu ölkədir”.

Paşinyanın səsləndirdiyi fikirlərə gəldikdə E.Məmmədov deyib ki, əgər bu gün Şimaldan, Cənubdan, Qərbdən olan ölkələr Ermənistanın kürəyindən əlinə çəksə və məsələyə qarışmazlarsa, Azərbaycan ordusu nəinki Paşinyanı, onun nəslini süpürüb İrəvandan o yana tullayar: “Ona görə də Azərbaycan ordusu öz sözünü deməlidir. Əks təqdirdə Ermənistanı danışıq dili başa salmaq mümkün olmayacaq. Ermənistan güc görərsə, Paşinyan və digərləri yalvara-yalvara danışıq masasında əyləşərək, istənilən şərtə razılşacaqlar. Odur ki, mən danışıqların mənasını görmürəm. 30 ildir ki, danışıqlar acı bağırsaq kimi davam edir. Güc olmasa hələ bu nə qədər davam edəcək bir Allah bilir. Yeganə variant gücdür. Başqa cür mümkün deyil”.(ölkə.az)

AzNews.az