Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərə toxunub. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərə toxunub.

“Rusiyada bu kimi təsəvvürlərin olması bizi təhqir edir” - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərə toxunub.

O, ölkədə baş verən məxməri inqilabın "rəngli inqliab" kimi qələmə verilməsini qəbuledilməz adlandırıb.

“Bizim üçün Rusiya cəmiyyətinin bütün zümrələrinin inqilabın mahiyyətini anlaması çox vacibdir. Təəssüf ki, bu günə qədər Rusiyanın ekspert dairələri baş verənləri rəngli inqilab kimi qələmə verməyə çalışırlar. Rusiyalı partnyorlarımızın baş verənlərdə nə geopolitik kontekst, nə də xarici ölkələrin təsirinin olmadığını anlamasını istəyirik. İnqilabımıza Rusiyada bəzilərinin rəngli inqilab təsəvvürü ilə baxması bizi təhqir edir”-deyə Paşinyan vurğulayıb.

Nikol Paşinyan onun Moskvaya, Putinin isə Yerevana səfərinin hazırlandığını əlavə edib.(modern.az)

AzNews.az