Xarici ölkələrin hərbi attaşeləri HHQ-nin hərbi hissəsində - FOTOLAR

Hərbi hissə tərəfindən xarici qonaqlara ziyafət təşkil olunub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən, xarici dövlətlərin Azərbaycanda akkreditə olunan hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə tanışlıq ziyarəti təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müxtəlif ölkələri təmsil edən 22 nəfərdən ibarət hərbi attaşeyə əvvəlcə hərbi hissə və onun yaranma tarixi barədə ümumi brifinq təqdim edilib.

Hərbi attaşelərin ziyarəti zamanı hərbi hissədə olan əsas texniki nümunələr haqqında məlumat verildikdən sonra onlar praktiki nümayiş etdirilib.

Sonda hərbi hissə tərəfindən xarici qonaqlara Novruz bayramı münasibətilə ziyafət təşkil olunub.

AzNews.az

image description image description image description image description image description image description image description