Qərar hakim Qaqik Poqosyan tərəfindən açıqlanıb Qərar hakim Qaqik Poqosyan tərəfindən açıqlanıb

Məhkəmə Koçaryanın şikayətini təmin etmədi

Qərar hakim Qaqik Poqosyan tərəfindən açıqlanıb

Yerevanın ümumi hüquq məhkəməsi həbsdə olan eks-prezident Robert Koçaryanın vəkillərinin onun cinayət işinin dayandırılması haqqında tələbi ilə bağlı ərizəsini rədd edib.

Qərar hakim Qaqik Poqosyan tərəfindən açıqlanıb. On gün ərzində qərardan şikayət edilə bilər. Vəkilllər bu qərara etiraz etmək niyyətində olduqlarını bildiriblər.

Xatırladaq ki, R. Koçaryana qarşı 1 mart 2008-ci il hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində ittiham elan olunub. O, dekabrın 7-dən həbsdədir. Martın 15-də keçirilən məhkəmə prosesində Koçaryanın həbs müddəti daha 2 ay artırılıb.(qafqazinfo.az)

AzNews.az