Monitorinqi Azərbaycan tərəfindən Gennadi Petrika və Martin Şuster keçirəcəklər Monitorinqi Azərbaycan tərəfindən Gennadi Petrika və Martin Şuster keçirəcəklər

ATƏT Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirəcək

Monitorinqi Azərbaycan tərəfindən Gennadi Petrika və Martin Şuster keçirəcəklər

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 17-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Joviç aparacaqlar.

AzNews.az