Təcrübəli mütəxəssislər tərəfindən şəxsi heyətə hərbi texnikalar barədə məlumatlar çatdırılıb Təcrübəli mütəxəssislər tərəfindən şəxsi heyətə hərbi texnikalar barədə məlumatlar çatdırılıb

Birgə təlimlərdə istifadə ediləcək silah və hərbi texnikaya baxış keçirildi - VİDEO + FOTOLAR

Təcrübəli mütəxəssislər tərəfindən şəxsi heyətə hərbi texnikalar barədə məlumatlar çatdırılıb

Mayın 1-dən 3-dək Azərbaycanda keçiriləcək “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə olunacaq silah, hərbi və xüsusi texnika nümunələrinə baxış olub.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, təcrübəli mütəxəssislər tərəfindən şəxsi heyətə hərbi texnikaların istismarı, tətbiqi, döyüş və digər imkanları barədə məlumatlar çatdırılıb.

Qeyd edək ki, iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən birgə təlimlərdə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.

AzNews.az

image description image description image description image description image description image description image description