"Yeni kadrlar seçilir" "Yeni kadrlar seçilir"

Ermənistanın hökumət strukturunda ciddi kadr dəyişikliyi olacaq

"Yeni kadrlar seçilir"

Bu ilin iyun-iyul aylarında Ermənistan hakimiyyətinin icra strukturlarında da ciddi kadr dəyişiklikləri gözlənilir.

“İrates” qəzeti bu barədə öz mənbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, Ermənistanın Baş Naziri Nikol Paşinyanın komandasında hazırda özünün bir neçə adamı təmsil olunur: “Yeni kadrlar seçilir. Bu isə yekunda icra strukturunda, ilk növbədə, hökumətin ən yüksək vəzifəliləri arasında dəyişikliklərə səbəb olacaq” .

Qəzetin məlumatına görə, bu dəyişiklik Yerevanın meri Hayko Marutyana da çata bilər.

“Nazirlər Kabinetinin başçısı məyus olan Yerevan sakinlərini sakitləşdirmək üçün Marutyanı qurban verəcək. Maraqlıdır ki, onun yerinə hakim “Mənim addımım” bloku kimi irəli sürəcək?”, - yazıda vurğulanıb.(report.az)

AzNews.az