Bu barədə nazirlikdən məlumat verilib Bu barədə nazirlikdən məlumat verilib

Bakıda Azərbaycan və Belarus generalları görüşdülər

Bu barədə nazirlikdən məlumat verilib

Azərbaycan Müdafiə Nazirliyi ilə Belarus Müdafiə Nazirliyi arasında imzalanan 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi inspeksiya üzrə ekspertləri səviyyəsində işçi görüşü keçirilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Mayın 24-də Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi general-mayor Zakir Ağayev Bakıda səfərdə olan belaruslu həmkarı general-mayor İvan Boquslavskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər hərbi inspeksiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıb, əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

AzNews.az

image description image description