"Erməni siyasətçilərinin bəziləri beynəlxalq səviyyədə Azərbaycana uduzduqlarını etiraf ediblər" "Erməni siyasətçilərinin bəziləri beynəlxalq səviyyədə Azərbaycana uduzduqlarını etiraf ediblər"

“Ermənistan hakimiyyətinin yürütdüyü siyasət iflasa uğrayıb”

"Erməni siyasətçilərinin bəziləri beynəlxalq səviyyədə Azərbaycana uduzduqlarını etiraf ediblər"

“Ermənistan hakimiyyətinin separatçı Dağlıq Qarabağ rejiminin yürütdüyü siyasət iflasa uğrayıb. Fransa məhkəməsinin bir-birinin ardınca ölkənin bəzi departamentlərinin Dağlıq Qarabağ nümayəndələri ilə imzaladığı müqavilələri ləğv etməsi bunu bir daha göstərir”.

Bunu Azərbaycan Milli Məclisinin deputatı Tahir Rzayev deyib.

O bildirib ki, bu qərarlar Ermənistan, Dağlıq Qarabağ qondarma qurumu, eləcə də erməni lobbi təşkilatları tərəfindən narazılıqla qarşılanıb və hətta erməni siyasətçilərinin bəziləri beynəlxalq səviyyədə Azərbaycana uduzduqlarını etiraf ediblər: “Göründüyü kimi, ermənilərin “Böyük Ermənistan” mifi dağılmaqda, Azərbaycan dövlətinin yürütdüyü siyasət özünü doğrultmaqdadır. Ermənistan hakimiyyətinin çökməsini, təcavüzkarlıq siyasətinin ölümə məhkumluğunu, artıq dünya görür və Azərbaycanın dəstəklənməsi qələbəmizə ümidi artırır”.(report.az)

AzNews.az