"Minasyan hesab edir ki, Sarkisyana qarşı ifadə verəcək" "Minasyan hesab edir ki, Sarkisyana qarşı ifadə verəcək"

Paşinyan: “Sarkisyanın kürəkəni barəsində tezliklə cinayət işi başlayacaq”

"Minasyan hesab edir ki, Sarkisyana qarşı ifadə verəcək"

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni və ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyana qarşı bu yaxınlarda ittiham irəli sürüləcək.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 16-da Vandzorda keçirdiyi mətbuat konfransında bildirib.

O, S.Sarkisyanın bu yaxınlarda həbs ediləcəyi ilə bağlı M.Minasyanın verdiyi bəyanatı şərh edərkən deyib: “Ermənistandakı strateji obyektlərdən birini özəlləşdirdiyi üçün Mikael Minasyana qarşı bu yaxınlarda cinayət işi başlayacaq. Mən onun bu bəyanatını bu məsələ ilə əlaqələndirirəm. Görünür, o, bununla bağlı informasiya əldə edib. Minasyan hesab edir ki, Sarkisyana qarşı ifadə verəcək. Onun ifadəsi əsasında Sarkisyan həbs ediləcək. Mən ona Ermənistana qayıdıb Xüsusi İstintaq Komitəsinə ifadə verməyi məsləhət görürəm. O, çoxlu sayda obyektin sahibidir. Bu obyektlər isə adı sizə tanış olmayan bir qadının adına qeydiyyatdan keçirilib”.(report.az)

AzNews.az