Ermənistan Rusiyadan Su-30SM qırıcıları alacaq

Ermənistan azı dörd ölkədən silah alır

Ermənistan Rusiyadan Su-30SM qırıcıları alacaq.

“Aysor.am” saytına istinadən verilən xəbərə görə, bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

Onun sözlərinə görə, Rusiya ilə bağlanmış müqaviləyə əsasən, Ermənistan 2019-cu ilin dekabrında və ya 2020-ci ilin yanvar-fevralında çoxfunksiyalı Su-30SM qırıcılarını almağı planlaşdırır.

Erməni nazir qeyd edib ki, ölkəsi azı dörd ölkədən silah alır. (APA)

AzNews.az