Bu il baş nazirin əmrini pozmağa heç kimin cəsarət etməyəcəyi gözlənilir Bu il baş nazirin əmrini pozmağa heç kimin cəsarət etməyəcəyi gözlənilir

Paşinyandan məmurlara qadağa - "Yeni ildə ölkəni tərk etməyin"

Bu il baş nazirin əmrini pozmağa heç kimin cəsarət etməyəcəyi gözlənilir

Ermənistan Baş naziri Nikol Paşinyan məmur və deputatların yeni ildə respublikanı tərk etməsini qadağan edib.

Bu məlumatı “Qraparak” qəzeti yayıb.

“Bizə bəllidir ki, Baş nazir Nikol Paşinyan Yeni ili Ermənistanda qarşılamaq əmri verib. Bu qərar vəzifəli şəxslər və deputatlara aiddir. Belə ki, keçən il iki məmur öz vəzifələrini Ermənistan xaricində yeni ili keçirdiyi üçün itirib. Bu il baş nazirin əmrini pozmağa heç kimin cəsarət etməyəcəyi gözlənilir”, – deyə qəzet bildirib. (Axar.az)

AzNews.az