Allah Şəhidlərimizə rəhmət eləsin! Allah Şəhidlərimizə rəhmət eləsin!

Ombudsman Aparatı ermənilərin sərhəddəki təxribatı ilə bağlı açıqlama yaydı

Allah Şəhidlərimizə rəhmət eləsin!

“Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub. Pandemiya dövründə mülki əhaliyə qarşı ermənilərin bu cür hərəkətləri insan hüquqlarının kobud pozulması kimi qiymətləndirilməlidir”.

AzNews.az xəbər verir ki, bu fikirlər Azərbaycanın Ombudsman Aparatının rəsmi feysbuk səhifəsində bildirilib.

“Artıq ordumuz 3 şəhid verib. Allah Şəhidlərimizə rəhmət eləsin! Yaralılara tezliklə sağalmağı diləyirik”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq, ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.