MN: Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatları məhv edilib - VİDEO

Şiddətli döyüşlər davam edib

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, üşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib.