PUA mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib PUA mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib

Ermənistana məxsus növbəti PUA məhv edildi

PUA mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib

İyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

AzNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.