Suriya İnsan Haqları Monitorinq mərkəzi məlumat yayıb Suriya İnsan Haqları Monitorinq mərkəzi məlumat yayıb

Erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşmək üçün Ermənistana aparılıb

Suriya İnsan Haqları Monitorinq mərkəzi məlumat yayıb

Erməni əsilli suriyalı döyüşçülər Suriyadan Ermənistana aparılıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Monitorinq mərkəzi (Syrian Observatory Human Rights - SOHR) bildirib.

"Etibarlı mənbələr SOHR-ə bildiriblər ki, erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşlərdə istifadə üçün Ermənistan tərəfindən Ermənistana aparılıb", - deyə təşkilatın məlumatında qeyd edilir.

Mərkəz bəzi media mənbələrində 4000 suriyalı döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı xəbərlərə də münasibət bildirib.

"Çox etibarlı SOHR mənbələri Suriyadan 4000-ə yaxın döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı KİV-də yayılan xəbərlərin tamamilə yalan olduğunu təsdiqləyir", - deyə Suriya İnsan Haqları Monitorinq mərkəzi təşkilatı vurğulayıb.