Hər iki prezident oktyabrın 10-da Moskvada humanitar atəşkəslə bağlı gəlinmiş razılığa əməl olunmasının vacibliyini qeyd ediblər Hər iki prezident oktyabrın 10-da Moskvada humanitar atəşkəslə bağlı gəlinmiş razılığa əməl olunmasının vacibliyini qeyd ediblər

Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

Hər iki prezident oktyabrın 10-da Moskvada humanitar atəşkəslə bağlı gəlinmiş razılığa əməl olunmasının vacibliyini qeyd ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Tərəflər Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun işləmələri əsasında siyasi prosesin aktivləşdirilməsi lehinə çıxış ediblər. Hər iki prezident oktyabrın 10-da Moskvada humanitar atəşkəslə bağlı gəlinmiş razılığa əməl olunmasının vacibliyini qeyd ediblər.

Danışıqlar zamanı Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə keçilməsi üçün həmrəylik səylərinə ehtiyac olduğu da vurğulanıb.

Putin Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişəsinin deskalasiyası üçün konstruktiv töhfə verəcəyinə ümid etdiyini bildirib.