Mişel: Fon der Leyenin dövründə avtoritar idarəçilik hökm sürür

Avropa Şurasının keçmiş prezidenti Çarlz Mişel Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni superavtoritar idarəetmə tərzində ittiham edib.

Mişel "Brussels Times" qəzetinə verdiyi müsahibədə bildirib ki , "Biz superavtoritar hökumət üslubundan danışırıq. Komissarlar artıq heç bir rol oynamırlar".

Avropa Şurasının keçmiş rəhbəri qeyd edib ki, birgə səlahiyyət müddətlərinin əvvəlində fon der Leyenlə qarşılıqlı əlaqədə olmağın çətinliyini dərk edir. O, AŞ Prezidentinə xarici siyasəti əlaqələndirmək üçün müntəzəm olaraq üzbəüz görüşlər keçirməyi dəfələrlə təklif etdiyini, lakin AŞ Prezidentinin bu təklifləri davamlı olaraq rədd etdiyini qeyd edib.

Mövsüm,

AzNews.az