Yüksək dəqiqliyə malik silahların istifadəsi mülki itkiləri minimuma endirəcək Yüksək dəqiqliyə malik silahların istifadəsi mülki itkiləri minimuma endirəcək

“Azərbaycan ordusu 21-ci əsrdə müharibənin necə aparıldığını göstərdi”

Yüksək dəqiqliyə malik silahların istifadəsi mülki itkiləri minimuma endirəcək

“İşğal olunmuş torpaqların azad edilməsi üçün aparılan antiterror əməliyyatı zamanı Azərbaycan ordusu 21-ci əsrdə müharibə aparmağın nümunəsini göstərdi”.

AzNews.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Region Plus” jurnalına verdiyi müsahibəsində deyib.

“Əminliklə deyə bilərəm ki, müasir silahlardan - pilotsuz təyyarələrdən, döyüş sursatından, yüksək dəqiqlikli hədəfin məhv edilməsi vasitələrindən istifadə olunan döyüş əməliyyatlarının miqyası dünyanın aparıcı ölkələrinin baş qərargahları tərəfindən çox diqqətlə öyrənilir. Dünya hələ belə nümunə görməmişdi ki, bir ordu başqa bir ordu ilə döyüşərkən bu qədər böyük sayda yüksək dəqiqlikli silahlardan istifadə etsin. Hücum dronlarının istifadəsinin miqyası və intensivliyi baxımından bu, dünya tarixində ilk belə haldır. Nə ABŞ, nə Rusiya, nə İsrail, nə də dünyanın heç bir başqa ölkəsi bu miqyasda hücum dronlarından istifadə etməyib. Bu tip qarşıdurmalarda PUA-lar mübahisəsiz üstünlüyə malik olduqlarını sübut etdilər. Buna, Azərbaycan ordusunun düşmənin hava hücumundan müdafiə qüvvələrini və vasitələrini məhv etmə taktikasını və zirehli maşınları, yüksək səviyyədə qorunan hədəfləri və canlı qüvvəni məhv etmək üçün pilotsuz təyyarələrin kütləvi istifadəsini də əlavə etməliyik”,- deyə Korotçenko vurğulayıb.

O qeyd edib ki, yüksək dəqiqliyə malik silahların istifadəsi mülki itkiləri minimuma endirəcək.

“Bu baxımdan Azərbaycan hərbi uğurlar qazanmaqla yanaşı Dağlıq Qarabağda yaşayan mülki şəxslərin həyatını da xilas edib. Düşünürəm ki, döyüş əməliyyatlarının aparılması taktikası sahəsində ciddi dəyişikliklər olacaq. Əlbəttə ki, Azərbaycan ordusunun bu təcrübəsi ətraflı öyrəniləcək”,- deyə ekspert sözlərinə əlavə edib.