Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib

İlham Əliyev düşmənin məhv edilmiş texnikasının sayını açıqlayıb

Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib

"Məhv edilmiş Ermənistan texnikası: tank 234 ədəd məhv edilib; 36 tank hərbi qənimət kimi götürülüb; piyadaların döyüş maşını – 49-u məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb; özüyeriyən artilleriya qurğusu – 16 ədəd məhv edilib, müxtəlif çaplı toplar – 190; “Uraqan” sistemi – 2, TOS odsaçan – 1, əməliyyat-taktiki raket kompleksi “Elbrus” – 2, Toçka-U – 1; OSA zenit-raket kompleksi – 35; TOR zenit-raket kompleksi – 3, KUB və KRUQ zenit-raket kompleksi – 3; radio-elektrik mübarizə sistemləri – 9; S-300 zenit-raket kompleksi – 2, yük avtomobilləri 196-sı məhv edilib, 98-i qənimət kimi götürülüb”.

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

“Hər bir adam, hər bir mütəxəssis bu texnikanın qiymətini açıq mətbuatdan götürə bilər”, - Prezident əlavə edib.