Biz torpaqlarımızın qaytarılmağını istəyirik Biz torpaqlarımızın qaytarılmağını istəyirik

“Biz bu gün atəşkəsi razılaşdırmağa hazırıq”

Biz torpaqlarımızın qaytarılmağını istəyirik

“Biz hazırıq. Mən bunu dəfələrlə açıq demişəm. Biz bu gün atəşkəsi razılaşdırmağa hazırıq”.

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, lakin, eyni zamanda, Ermənistan, onun baş naziri deməlidir ki, onlar Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış əsas prinsiplərə sadiqdir: “İki gün bundan əvvəl Ermənistanın baş naziri dedi ki, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur”.

Prezident jurnalistin “Bununla bağlı müəyyən şərtlər olmalıdır. Siz heç bir əlavə şərtsiz atəşkəsə sadiq olarsınızmı?” sualına belə cavab verib:

“Biz atəşkəs istəyirik, biz torpaqlarımızın qaytarılmağını istəyirik. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməlidir. Lakin o, bunu demir”.