Ermənistan meyitlərini götürmək istəmir

Meyitləri götürməkdən imtina real vəziyyəti gizlətmək məqsədi daşıyır

"Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin meyitlərin Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistana verməyə hazırdır".

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb.

O bildirib ki, 18 oktyabrda Azərbaycanın meyitləri birtərəfli qaydada qaytarmağa hazır olduğunu bəyan etməyinə baxmayaraq, Ermənistan hələ də cavab vermir: "Meyitləri götürməkdən imtina real vəziyyəti gizlətmək məqsədi daşıyır".