2876 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib 2876 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib

Xankəndinin ətraf əraziləri minalardan təmizlənib - Video

2876 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib

Rusiya Müdafiə Nazirliyinin sülhməramlıları tərəfindən Xankəndi şəhərinin cənub ətraf ərazilərində mühəndis kəşfiyyatı və minalardan təmizlənmə əməliyyatı həyata keçirilib.

AzNews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi internet saytında məlumat verilib. Bildirilib ki, gün ərzində bir hektardan çox ərazi və bir kilometr yol təmizlənib, 2876 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

Ümumilikdə isə, Dağlıq Qarabağdakı mühəndis bölmələri tərəfindən 62 hektardan çox ərazinin və 21 kilometrdən çox yolun minalardan təmizləndiyi və 4000-dən çox partlayıcı obyektin aşkar edilərək zərərsizləşdirildiyi bildirilib.

Qeyd olunub ki, aşkarlanan partlayıcı obyektlər, tərk edilmiş və ya partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqona aparılır və zərərsizləşdirilir. Evakuasiya edilə bilməyən döyüş sursatları lazımi təhlükəsizlik tədbirləri görülərək yerindəcə məhv edilir.

Rusiya Müdafiə Nazirliyinin Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Mərkəzinin hərbçiləri Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrinin məsuliyyət zonasında işlərini davam etdirirlər.