“Hraparak” qəzeti mənbələrinə istinadən yazır. “Hraparak” qəzeti mənbələrinə istinadən yazır.

İlham Əliyev Moskva bəyanatına hansı dəyişikliyi etdi?

“Hraparak” qəzeti mənbələrinə istinadən yazır.

Moskva görüşündə Prezident İlham Əliyev ortaq bəyanatın ilkin mətninə dəyişiklik edib.

Bu barədə “Hraparak” qəzeti mənbələrinə istinadən yazır.

Qəzet qeyd edir ki, ilkin mətn 5 maddədən ibarət olub: “Maddələrdən biri məhkumlar və itkin düşmüş şəxslərlə bağlı idi, lakin görüş zaman İlham Əliyev bu maddəni mətndən çıxarıb və yalnız Azərbaycanın maraqlarına uyğun formada saxlanılmasına nail olub”.

Qeyd edək ki, müharibə başa çatandan (10 noyabr) sonra Azərbaycab Ordusunun Qarabağda keçirdiyi anti-terror əməliyyatı zamanı erməni hərbçilər əsir götürülüb. Rəsmi məlumata görə, Azərbaycanda 62 erməni hərbçi həbs edilib. Rəsmi Bakı bu şəxslərin Azərbaycan qanunvericiliyi ilə məsuliyyətə cəlb olunacağını açıqlayıb. Nikol Paşinyan da görüşdən sonra “hərbi əsirlərlə bağlı razılıq əldə olunmadı” deyə qeyd edib.

Bu, erməni silahlıların hələ də qaldığı ərazilərin də Azərbaycan qanunvericliyi ilə idarə olunması məsələsində Bakının prinsipial mövqeyidir. (Publika.az)

AzNews.az