- Dünyanın halı
- 19:16
- 1 043
ABŞ İraqın neft nazirinin müavininə sanksiya tətbiq edib
ABŞ Maliyyə Nazirliyi İraqın neft nazirinin müavini Əli Maaric əl-Bahadli və digər şəxslərə qarşı sanksiyalar tətbiq edib. Vaşinqton onları İraqın neft sektorundan İran və ona bağlı silahlı qrupların xeyrinə istifadə etməkdə ittiham edir.
Nazirliyin açıqlamasında bildirilir ki, əl-Bahadli “İranla əlaqəli tanınmış neft qaçaqmalçısı” Salim Əhməd Səid və İranın dəstəklədiyi Əsəib Əhl əl-Həqq qruplaşmasının xeyrinə İraq neft məhsullarının yönləndirilməsində mühüm rol oynayıb.
ABŞ Maliyyə naziri Skott Bessent bildirib:
“İran rejimi quldur dəstəsi kimi İraq xalqına məxsus resursları talayır. ABŞ və tərəfdaşlarımıza qarşı terroru maliyyələşdirmək üçün İran ordusunun İraq neftindən istifadə etməsinə səssiz qalmayacağıq.”
ABŞ Maliyyə Nazirliyi həmçinin İranla əlaqəli Kətaib Seyyid əş-Şühəda və Əsəib Əhl əl-Həqq qruplarının üç yüksəkvəzifəli liderinə də sanksiya tətbiq edib.
Mövsüm,
AzNews.az