Almaniya XİN başçısı: Merts lazım gələrsə Putinə zəng edə bilər

Almaniya kansleri Fridrix Merts müəyyən mərhələdə Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı apara bilər.

Bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib.

“Bu, müəyyən anda baş verə bilər. Əgər hansısa mərhələdə belə bir danışıq zəruri və məntiqli hesab olunarsa, həmçinin Rusiya tərəfdən danışıqlar masasına oturmağa açıq hazırlıq görünərsə, kansler əlbəttə buna hazır ola bilər”, — deyə o, Bloomberg agentliyinə müsahibəsində bildirib.

Vadeful əlavə edib ki, Almaniya və tərkibinə Böyük Britaniyanın da daxil olduğu Avropa koalisiyası Rusiya ilə Ukrayna arasındakı danışıqlarda “daha böyük rol oynamağa hazırdır”.

Mövsüm,

AzNews.az