Mayın 9-da sülhməramlılar Qələbə gününü məhz bu nasist heykəliylə birlikdə qeyd edəcəklər. Mayın 9-da sülhməramlılar Qələbə gününü məhz bu nasist heykəliylə birlikdə qeyd edəcəklər.

Qaregin Njdenin abidəsi məsələsi yenidən gündəmdə - VİDEOSÜJET

Mayın 9-da sülhməramlılar Qələbə gününü məhz bu nasist heykəliylə birlikdə qeyd edəcəklər.

Faşizm üzərində qələbənin növbəti ildönümü ərəfəsində ermənilər nasizm idelogiyasının fəal daşıyıcılarından biri olan Qaregin Njdenin abidəsi məsələsini yenidən gündəmə gətiriblər.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti videosüjetdə bildirilir.

“Qəribədir ki, Xocavənd rayonunun müvəqqəti olaraq Rusiya sülhməramlılarının məsuliyyəti zonasında yerləşən ərazisində nasist Qaregin Njdenin abidəsi hələ də qalmaqdadır. Mayın 9-da sülhməramlılar Qələbə gününü məhz bu heykəllə birlikdə qeyd edəcəklər. Belə görünür ki, Ermənistan rəhbərliyi bu abidəyə görə sülhməramlılarla da toqquşmaya getməyə hazırdır. Halbuki elə rusiyalı hərbçilər sayəsində hələ də öz qondarma dövlət subyektlərini qoruyub saxladıqlarını yaxşı anlayırlar. Belə çıxır ki, ermənilər rusların arxasında gizlənərək, elə onların özlərilə qarşıdurmaya girməyi düşünürlər”, - deyə süjetdə bildirilir.

Daha ətraflı videosüjetdə: