Prezidentlə ailəsi “Xan qızı” bulağının suyundan içib

“Xan qızı Natəvan” bulağı bərpa edilib

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada “Xan qızı” bulağında olublar.

AzNews.az xəbər verir ki, dövlət başçısı və ailə üzvləri bulağın suyundan içiblər.

İlham Əliyev bildirib ki, “Xan qızı Natəvan” bulağı bərpa edilib: “”Keçən dəfə yanvar ayında Şuşada olarkən demişdim ki, Natəvan bulağını bərpa edəcəyik. Yenə də bulaq Şuşa sakinlərinin, qonaqların sərəncamına veriləcəkdir. Mənfur düşmən bu bulağı qurutmuşdu, bütün bulaqları qurutmuşdu. Bu da onu göstərir ki, Şuşa həmişə ermənilər üçün yad şəhər olub. İndi isə Şuşa dirçəlir və Şuşanın rəmzlərindən biri olan “Xan qızı” bulağı bərpa edilib. Bu gün bu bulaqdan su içmişəm”.