Ermənistanda anlamalıdırlar ki, özlərinə, öz ərazilərinə vurduqları ziyan qonşu ölkəyə vurduqları ziyandan az deyil Ermənistanda anlamalıdırlar ki, özlərinə, öz ərazilərinə vurduqları ziyan qonşu ölkəyə vurduqları ziyandan az deyil

Ceyhun Bayramov Ermənistana çağırış edib

Ermənistanda anlamalıdırlar ki, özlərinə, öz ərazilərinə vurduqları ziyan qonşu ölkəyə vurduqları ziyandan az deyil

“Qonşu dövlətlərə qarşı hansısa əsassız tələblərin irəli sürülməsinin anlamı yoxdur”.

AzNews.az xəbər verir ki, bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevlə geniş tərkibli görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov deyib.XİN başçısı bildirib ki, əgər Ermənistanda hələ də belə düşüncədə olanlar varsa, bugünkü duruma bir daha nəzər salmalı, bunun Ermənistana nə verdiyini görə bilərlər: “Biz uzun illər deyirdik ki, təcavüz siyasətinin sonu yoxdur”.

Nazir iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinin əhəmiyyətinə də toxunub.

C. Bayramov qeyd edib ki, Ermənistan mina xəritələrini təqdim etməlidir: “İki gün əvvəl bu bölgədə 3 erməni də minaya düşüb, aralarında ölən və yaralananlar var. Ekoloji problemlə gəlincə, Oxçuçay ciddi təhlükə mənbəyidir, Ermənistan çayı çirkləndirir. Ermənistanda anlamalıdırlar ki, özlərinə, öz ərazilərinə vurduqları ziyan qonşu ölkəyə vurduqları ziyandan az deyil. Biz bu məsələlərə qısa müddətli deyil, daha geniş miqyaslı baxmağa çağırırıq. Ona görə də bu məsələlərdə dialoqun alternativi yoxdur. İnanırıq ki, Ermənistanda qurulacaq yeni hökumətin nümayəndələri də bu qənaətə gələcəklər”.