Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb

Mədət Quliyev Marta Luvigi Anteneh ilə görüşüb

Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb

Müdafiə sənayesi naziri Mədət Quliyev Azərbaycanda rəsmi səfərdə olan Efiopiyanın müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Marta Luvigi Antenehin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə AzNews.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və Efiopiya arasında hərbi-texniki sahədə münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

M.Quliyev qonağın diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə dövlət başçısının daima diqqət mərkəzində saxladığı Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi, güc strukturlarının maddi-texniki bazasının təkmilləşdirilməsi, onların müasir silah, hərbi texnika və digər müdafiə təyinatlı məhsullarla təmin edilməsi məqsədilə yaradılıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açan nazir, Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində dəyən zərərlər barədə qonağı məlumatlandırıb.

Marta Luvigi Anteneh Efiopiya və Azərbaycan arasında ikitərəfli hərbi əlaqələrin inkişaf edəcəyindən əminliyini bildirib.

Səfər çərçivəsində nazir müavini Marta Luvigi Antenehin başçılıq etdiyi nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə baş çəkərək istehsal prossesi ilə tanış olub.