"Ermənistan ordusunda 66 yeni itki olub" - DEPUTAT

Sahib Alıyev: "Bu, düşmən ölkənin ordusundakı real vəziyyəti çox aydın göstərir"

'Ermənistan mediası Üçtərəfli Bəyanat imzalanandan üzü bəri azı 66 hərbçi itirdiklərini yazır. Onlardan 24-ü döyüş tapşırığı yerinə yetirərkən məhv edilib. 42 nəfəri isə xəstəlikdən, qəzadan, silahla ehtiyyatsız davranışdan ölənlər və böyük bir hissəsi də intihar edənlərdir ki, bu da düşmən ölkənin ordusundakı real vəziyyəti çox aydın göstərir".

Bu barədə millət vəkili Sahib Alıyev öz Facebook səhifəsində yazıb. Deputat istisna etmir ki, "silahla ehtiyatsız davranış"dan ölən kimi təqdim olunanların da çoxu elə intihar edənlərdir: "Bundan başqa üç "zinvor"ları da yoxa çıxıb ki, hələ bilmirlər onlar hardadırlar. Maraqlıdır, Ermənistandakı parabaş rejimi Azərbaycanla növbəti qarşıdurmaya sürükləyənlər bu reallığı görmürlərmi və guya havadarlıq etdiklərinə heçmi acımırlar?"

AzNews.az