Pentaqon "Tomahawk" raketlərinin istehsalı üçün sifarişi 2,5 dəfədən çox artırıb

ABŞ Müharibə Nazirliyi "Raytheon" şirkəti ilə yenilənmiş müqavilə çərçivəsində alınacaq "Tomahawk" qanadlı raketlərinin sayını 350 ədədə qədər artırıb.

Aznews.az xəbər verir ki, bu, Pentaqonun açıqladığı rəqəmlərdə əksini tapıb.

Əvvəlcə cəmi 131 raketin istehsalı nəzərdə tutulurdu. Yenilənmiş müqavilənin dəyəri 785,2 milyon ABŞ dolları təşkil edir. ABŞ Hərbi Dəniz Qüvvələri, Ordu və Dəniz Piyadaları Korpusu, həmçinin raketlərin istehsalı üçün 500 milyon dollar ayıran iki xarici sifarişçi üçün tədarüklər 2029-cu ilin yanvarında başa çatdırılmalıdır.

Qeyd edək ki, "Raytheon" "Tomahawk" raketlərini yeni "Block V" variantında istehsal edəcək. Bu versiya təkmilləşdirilmiş naviqasiya və rabitə sistemi ilə təchiz olunacaq. Raket 1,6 min km uçuş məsafəsinə malik olacaq.