Meyiti verilən hərbçinin kimliyi məhkəmə-tibbi ekspertizadan sonra məlum olacaq Meyiti verilən hərbçinin kimliyi məhkəmə-tibbi ekspertizadan sonra məlum olacaq

Azərbaycan erməni hərbçinin meyitini Şuşada qarşı tərəfə verib

Meyiti verilən hərbçinin kimliyi məhkəmə-tibbi ekspertizadan sonra məlum olacaq

Azərbaycan 44 günlük müharibədə ölmüş erməni hərbçinin meyitini qarşı tərəfə verib.

Aznews.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, meyit sentyabrın 23-də Şuşada verilib.

Meyiti verilən hərbçinin kimliyi məhkəmə-tibbi ekspertizadan sonra məlum olacaq.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində indiyədək 1670 erməni hərbçinin meyiti və meyitinin qalıqları tapılıb./Apa