Görüş Tacikistanın paytaxtı Düşənbədə keçirilir Görüş Tacikistanın paytaxtı Düşənbədə keçirilir

Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü başlayıb

Görüş Tacikistanın paytaxtı Düşənbədə keçirilir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarov teleqramda məlumat yayıb.

Qeyd edək ki, görüş Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB XİN başçıları Şurasının toplantısı çərçivəsində keçirilir.

15:50

Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü olacaq.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O qeyd edib ki, Azərbaycanın XİN başçısı Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla üçtərəfli görüş keçirəcək.

“Bu gün burada bizim erməni həmkarımız Ararat Mirzoyan ilə üçtərəfli görüş keçirmək, prezidentlərimizin son il yarım ərzində qəbul etdiyi üç üçtərəfli bəyanatların necə həyata keçirildiyini görmək üçün yaxşı imkanımız var”, - S.Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

Qeyd edək ki, S.Lavrov Düşənbədə həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da təkbətək görüş keçirib. (Report)