Ssenarini Piter Kreyq yazacaq Ssenarini Piter Kreyq yazacaq

“Qladiator”un davamı çəkiləcək

Ssenarini Piter Kreyq yazacaq

Rejissor Ridli Skott 2000-ci ildə lenta aldığı məşhur “Qladiator” filminin davamını çəkməyə hazırlaşır.

AzNews.azın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə filmin çəkilişləri hələ ki, başlanğıc mərhələdədir.

Ssenarini Piter Kreyq yazacaq, çəkilişləri isə Paramount studiyası həyata keçirəcək.

“Qladiator” filminin sikveli ilk hissənin qəhrəmanlarından birinin oğlunun tarixçəsini anlatacaq. O, Rassel Krounun izi ilə gedəcək. Aktyorun canlandırdığı personaj ötən filmdə öldüyü üçün yeni ekran işində dirilməsi gözlənilmir.

2000-ci ildə ekranlara çıxan “Qladiator” filmi dünya prokatından 457 milyon dollar gəlir əldə edib. “Oskar” mükafatına 12 kateqoriyada namizəd göstərilən film onlardan beşini qazanıb.

AzNews.az