Bakıda klassik musiqisi konserti keçiriləcək. Bakıda klassik musiqisi konserti keçiriləcək.

Kopaçevski Bakıda: Filarmoniyada konsert verəcək

Bakıda klassik musiqisi konserti keçiriləcək.

AzNews.az xəbər verir ki, noyabr 24-də saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş dirijor, xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və istedadlı pianoçu, Beynəlxalq müsabiqələr laureatı Filip Kopaçevskinin ifasında klassik musiqisi konserti keçiriləcək.

Konsertdə Karl Veberin - "Der Freischütz" operasına uvertüra, Lüdviq van Bethovenin - Fortepiano və orkestr üçün 5 saylı konsert, Es-dur, op.73 və Frants Şubertin - Tamamlanmamış simfoniya, h-moll əsərləri səslənəcək.

Bahar RÜSTƏMLİ
AzNews.az