“İkinci planda ən yaxşı qadın ifaçısı” roluna görə “İkinci planda ən yaxşı qadın ifaçısı” roluna görə

Əməkdar artist Bişkekdə mükafata layiq görülüb

“İkinci planda ən yaxşı qadın ifaçısı” roluna görə

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Bişkekdə Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan “Aytmatov və teatr” Beynəlxalq Teatr Festivalında iştirak edib.

Azərbaycandan başqa festivala Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan teatrlarının kollektivləri də qatılıb.

Festivalda Əməkdar artist Mehriban Xanlarova Çingiz Aytmatovun “Manqurt” tamaşasındakı Nayman Ana roluna görə “İkinci planda ən yaxşı qadın ifaçısı” mükafatına layiq görülüb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının festivalda iştirakı Mədəniyyət Nazirliyinin və ölkəmizin Qırğızıstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. (Azərtac)

AzNews.az