- Mədəni adam
- 30 Noyabr 2018 17:29
- 3 328
"Azərbaycan" jurnalının noyabr sayı çıxdı
"Azərbaycan" jurnalının noyabr sayı dramaturgiyaya həsr olunub.
AzNews.az-ın məlumatına görə, jurnalın budəfəki xüsusi buraxılışında Henri Fildinqin "Gizlincə atılmış məktublar..." (Elçinin tərcüməsində), Əli Əmirlinin “Gözəllik imperiyası”, İlqar Fəhminin "Şokolad market", Aydın Talıbzadənin "Alma" pyesləri yer alıb.
Jurnal poeziyasevərlərə Rafail Tağızadə, Ruslan Dost Əli, Təvəkkül Goruslu, Əziz Musa, Tahir Taisoğlu, Çinarə İsayeva, İlham Qazaxlı, Qəzənfər Məsimoğlu, İlham İnamın şeirlərini təqdim edir.
Nəsr bölməsində Mənzər Niyarlı "Vətəndən vətənə" (povest), Vüsal Nuru - "İlda; Qapılar quduranda", Vahid Məhərrəmov - "Köhnə televizor" hekayələri ilə çıxış edirlər. “Tənqid və ədəbiyyatşünaslıq” bölməsində Rəhilə Qeybullayeva - Sözün bioqrafiyası semantikası prizmatik tərcümə nəzəriyyəsində: şərab, çaxır", Təyyar Salamoğlu - "Uçurum dərələr" hansı dərələrdir?", Samirə Məmmədli - "Səlim Rəfiq Rəfioğlu: ömür mətnindən fraqmentlər", Vaqif Yusifli - "Filoloji esselər", Qəşəm Nəcəfzadə - "Yaxşı şeir kiməsə və harasa göndərilir" yazıları dərc olunub.
AzNews.az