Yazıçı yeni kitabını təqdim edəcək

Yazıçı və jurnalist Azad Qaradərəlinin “Renessans həsrəti” kitabı təqdim olunacaq

Azad Qaradərəlinin “Renessans həsrəti” (2-ci cild) adlı kitabının imza günü keçiriləcək.

AzNews.az-ın məlumatına görə imza günü dekabrın 9-da saat 14:00-16:00-da Kitabevim.az kitab mağazasında baş tutacaq.

“Renessans həsrəti” (2-ci cild) kitabına esselər və müsahibələr daxildir.

İmza günündə “Yazı” jurnalının son sayını da əldə etmək mümkün olacaq. Əvvəlki nömrələr isə oxuculara hədiyyə olunacaq.

AzNews.az