- Mədəni adam
- 5 Dekabr 2018 10:47
- 3 988
Rusiyada postmodernist yazıçı vəfat etdi
Bitov “Puşkin evi” və “Peyzajdakı adam” romanlarının müəllifidir.
Məşhur rus yazıçısı Andrey Bitov vəfat edib.
AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə onun ölümü barədə ədəbiyyat tənqidçisi Qalina Yuzefoviç məlumat verib.
Rusiyada postmodernizmin əsaslarını qoyan yazıçılardan olan Bitov “Puşkin evi” və “Peyzajdakı adam” romanlarının müəllifidir.
O, 2014-cü ildə Rusiya Federasiyasının mədəniyyət sahəsində mükafatını alıb.
Onun 81 yaşı var idi.
AzNews.az