- Mədəni adam
- 5 Dekabr 2018 11:45
- 2 485
“Onu Azərbaycana dəvət etdim, amma...” - Anar Andrey Bitovdan danışdı
“Andrey Bitov olduqca maraqlı, elitar yazıçı idi”
“Onu Azərbaycana dəvət eləmişdim, təəssüf ki, xəstələndi, səfər baş tutmadı”
Bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar AzNews.az-a açıqlamasında, rus yazıçı Andrey Bitov barədə xatirələrini bölüşərkən deyib.
Anar daha sonra bildirib: "Andrey Bitovla bir neçə dəfə görüşmüşük. Moskvada ssenari kurslarında oxuyanda bir yerdə idik. Məni evinə də dəvət etmişdi. Bakıya gələndə də mən onu qonaq çağırmışdım. Çox ziyalı insan idi. Amma təəssüf ki, Azərbaycandan uzaq idi. Ermənistana səfər edib “Ermənistan dərsləri” adlı kitab yazmışdı. Onun Ermənistan haqqında yazmağının səbəbi də Qrant Matevasyanla dostluğu idi. Senari kurslarında onlar bir yerdə oxumuşdular. Mənimlə Maqsud İbrahimbəyov onlardan əvvəlki kursda idik. Andrey Bitov, deyirlər postmodernist yazıçı olub. Mən bunu bilmirəm, amma deyə bilərəm ki, olduqca maraqlı, elitar yazıçı idi.
Allah rəhmət eləsin”.
AzNews.az