- Mədəni adam
- 5 Dekabr 2018 13:30
- 2 712
Qusarda Mikayıl Müşviqin yubileyi qeyd edildi
Tədbir mədəniyyət ustalarının çıxışları ilə davam edib
Qusarda Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuş "Səni kim unudar..." adlı ədəbi bədii gecə keçirilib.
AzNews.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, gecə rayon Tarix-diyarşünaslıq muzeyi və Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.
Gecədə Müşfiqin həyat və yaradıcılığını əks etdirən video slayd nümayiş olunub, həyat və yaradıcılığından geniş söhbət açılıb.
Tədbir mədəniyyət ustalarının çıxışları ilə davam edib.
AzNews.az