"Mən artıq yoxam" - Fəxrəddin Manafov

"Fəxrəddin Manafov birdəfəlik getdi. Bəlkə də o, heç vaxt olmayıb"

Xalq artisti Fəxrəddin Manafov Səməd Vurğun adına Rus Dram Teatrından getməsi xəbərlərini təsdiq edib.

F.Manafov 1news.az-ın redaksiyasına məktub göndərib. Teatr aktyorun işinin başında olduğunu desə də o, bunu inkar edib:

"Всё заменимо, все заменимы" və ya sonuncu tamaşa... Sadəcə, piar lazım idi. Teatrın kassasına 2-3 min daha tamaşaçı cəlb etmək üçn afişaya mənim adımı yazmaq lazım olub. Allah eşqinə, mən buna qarşı deyiləm. Ancaq nə vaxt ki, maraqlı, yaddaqalan iş görməyə başlayırsan, bu, kiminsə xoşuna gəlmir, qıcıqlandırır və müqavimətə səbəb olur.

Teatrda 2 ay sürən işdən sonra böyük aktrisamız Şəfiqə xanım Məmmədova teatra zəng edərək mənim yenidən səhnəyə qayıtmağımla bağlı sevincini ifadə etdi və Fəxrəddin Manafov üçün lazımi iş şəraitinin yaradılması üçün məsləhət verdi. Onu isə belə əmin etmişdilər: “Narahat olmayın, Şəfiqə xanım. O, özü üçün bütün şərtləri yaradır”. Bu həqiqət idi.

Ayda bir dəfə oynanılan tamaşadan qabaq məşqləri tələb etmək lazım gəlirdi. Görünür, bu, teatrda çoxdan unudulmuşdu. Aylarla səhnəyə çıxmayan balet truppası, yaxud yarışlardan qabaq məşq etməyən idman komandası təsəvvür edin. Hər dəfə bunun öhdəsindən gəlmək sağlamlığım və həyat enerjim bahasına başa gəlirdi.

Sən səhnədə, tamaşaçı isə zalda olarkən tərəf-müqabilinin atmacalarını, kulisdə danışılan söhbətləri, səs-küy, gurultunu eşidə bilərdin.

Bunun üzərində bir nəticəyə nail oldum. İşçilər arasında bu ifadə gəzməyə başladı: “Manafov oynayanda kulislərdə sükutdur”.

Hətta acınacaqlısı odur ki, səhnədə məşq edən zaman gənclərdən əllərində çıxış kağızı əvəzinə mobil telefon tutmalarını istəməliydik. Telefonla problemlər həll etməsinlər. Bunun kimi bir çox problemlər var idi.

Ən acınacaqlısı isə o olurdu ki, tələb edilənləri dava ilə istəməliydin. Yoxsa səni heç kim eşitmirdi və nəticə yox idi. Elə təssürat yaranmışdı ki, sən güzgü arxasındasan və hər şey əksinədir. Qışqırmaqdan yorulmuşdum.

“Fəxrəddin müəllim, sizinlə bir məşq bir universitetə bərabərdir” deyərdi. Ancaq təəssüf ki, İrina Mixaylovna tezliklə teatrın kitabxanasına transfer oldu.

Mənim yanımda tezliklə administrasiyadan truppada bərabərliyə cavabdeh olan xanım peyda oldu. “Hər şey dəyişən və dəyişiləndir”. O, mənə sovet dövrünün pioner qızını xatırladırdı. O əlbəttə, orta məktəb üçün pis deyildi, ancaq teatrda pioner-məktəblilər işləmir.

Pioner-qız mənə öz məsləhətləri ilə yaxınlaşmağa başladı: hamı kimi olmalı, hamının etdiklərini etməli idim. Sonda isə “Dünya sənin ətrafında dönmür" dedi, ancaq nəyin ətrafında döndüyünü bildirmədi.

Praqaya gedib Vaslavski meydanında Avropanın mərkəzini qucaqlamaq və ona gileylənmək üçün ürəyimdə güclü istək yarandı. “Mən heç vaxt hamı kimi ola bilmərəm, olmadım və olmayacam. Mənim müəllimlərim də belə olmayıb".

Hər şey belə davam edirdi. Və mənim səbrimin son damlası yaxınlaşdı. Direktorla əsas rejissorun kabineti arasındakı qəbul otağında kresloya yayxanmış və mənəvi cəhətdən hələ tam formalaşmamış ORQANİZM mənə kobudluq etməyə başladı. Mən isə kobuluğu qəbul etmirəm.

Bu dəfə mən çar Solomonla razılaşmadım, ona mesaj göndərdim. "Burada bu, heç vaxt keçməyəcək" və istefa məktubumu yazdım. Mənim sevimli tamaşaçılarım! Azərbaycan Dövlət Rus Dram Teatrının kassasına yaxınlaşanda Fəxrəddin Manafovun iştirak etdiyi "Mərasim" tamaşasına bilet istəsəniz bilin ki, mən artıq yoxam. Fəxrəddin Manafov birdəfəlik getdi. Bəlkə də o, heç vaxt olmayıb".